Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Mərkəzi Elmi Kitabxanası Ankara İldırım Bəyazid Universiteti Kitabxanası ilə əməkdaşlıq edəcək
20.12.2018 11:31
  • A-
  • A
  • A+

AMEA-nın Mərkəzi Elmi Kitabxanası Ankara İldırım Bəyazid Universiteti Kitabxanası ilə əməkdaşlıq edəcək

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Ankara İldırım Bəyazid Universiteti Kitabxanası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumda kitabxana prosеslərinin avtomatlaşdırılması, elеktron kataloqların mübadiləsi, informasiya mənbələrinin (nadir kitablar daxil olmaqla) mühafizəsi, arxivlərin və kitab fondlarının zənginləşdirilməsi məqsədilə bеynəlxalq kitab mübadiləsinin aparılması, sərgilərin təşkili, kitabxana işi sahəsində mütəxəssislərin hazırlanması, birgə seminar və konfransların keçirilməsi kimi məsələlər əksini tapıb.

Bundan başqa, sənəddə Azərbaycan, türk, ingilis dilli tərcüməçilər şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi, vahid kataloqlaşdırma və biblioqrafik təsvir qaydalarının hazırlanması, vahid elmi e-kitabxana platformasının təşkili, kitabxanaların inteqrasiyası, sağlamlıq məhdudiyyəti olan şəxslərin kitabxana xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi kimi mühüm məsələlər də yer alır. 

Sənədi MEK-in direktoru, t.ü.f.d. Leyla İmanova və Ankara İldırım Bəyazid Universiteti Kitabxanasının direktoru Mahmut Kocaman imzalayıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: