Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

19.12.2018 16:33
  • A-
  • A
  • A+

Professor Məzahir Abasovun 100 illik yubileyi AMEA-da qeyd olunub

Professor Məzahir Abasovun 100 illik yubileyi AMEA-da qeyd olunub

Dekabrın 19-da AMEA-nın Əsas binasında İkinci Dünya müharibəsinin iştirakçısı, professor Məzahir Abasovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov professor M.Abasovun mənalı ömür yolundan, İkinci Dünya müharibəsində faşistlərə qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, eləcə də tarix elminə verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, M.Abasov İkinci Dünya müharibəsi zamanı Ukraynanın Sevastopol və Odessa şəhərlərinin, Qafqazın hava hücumlarından müdafiəsində fəal iştirak edib. Professor M.Abasov elm sahəsində qazandığı nailiyyətlərə görə "Şöhrət" ordeni ilə təltif olunub.

Diqqətə çatdırılıb ki, M.Abasov hərbi təyyarəçi kimi “Mərdlik qanadlarında” adlı monoqrafiyasında ilk dəfə olaraq Azərbaycanın hərbi təyyarəçilərindən bəhs edib, onların qəhrəmanlıqlarından nümunələr verib.

Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin deputatı Eldar Quliyev, professor Musa Bağırov, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d. Cəbi Bəhramov, yazıçı Georgi Zapletin və başqaları M.Abasovun elmi yaradıcılığının əhəmiyyətindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.

Daha sonra görkəmli alimin oğlu Əlövsət Abasov çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirib.

Sonda “İgid şahin” sənədli filmi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: