Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Kamran Əliyev – 65” biblioqrafiyası çapdan çıxıb
17.12.2018 09:52
  • A-
  • A
  • A+

“Kamran Əliyev – 65” biblioqrafiyası çapdan çıxıb

Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyevin 65 illik yubileyi münasibətilə “Kamran Əliyev – 65” kitabı çap olunub.

“Zərdabi LTD” nəşriyyatında işıq üzü görən kitab K.Əliyevin yubileyi münasibətilə yazılan məqalələri və onun biblioqrafiyasını əks etdirir.

Nəşrin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, redaktoru Fərid Hüseyn, məqalələrin tərtibçisi Aysu Kərimova, biblioqrafiyanın tərtibçisi isə filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: