Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanın unikal təbiəti beynəlxalq ictimaiyyətdə geniş təbliğ olunur
05.06.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycanın unikal təbiəti beynəlxalq ictimaiyyətdə geniş təbliğ olunur

AMEA Botanika İnstitutunun Fribourg Təbiət Tarixi Muzeyi (İsveçrə) ilə həyata keçirdiyi layihə yaxın günlərdə Bakıda “Azərbaycanın yaşıl xəzinəsi” mövzusuna həsr olunmuş sərginin açılışı ilə yadda qaldı.

Sərgi üçün hazırlanmış Azərbaycanın təbiətini hərtərəfli əks etdirən iki video-materiallar bu günlərdə geniş izləyici auditoriyasına malik “Youtube” səhifəsinə yerləşdirilib.

Azərbaycan, ingilis, alman və fransız dillərində hazırlanmış video materiallar “Azərbaycanın unikal təbiəti” (“Unique nature of Azerbaijan”) və “Azərbaycanın Talış dağlarında Hirkan meşələrinin relikt ağacları” (“Relict trees of the Hyrcanian Forests in the Talysh Mountains of Azerbaijan) adı altında beynəlxalq ictimaiyyətə nümayiş etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: