Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Müstəqillik illərində həyata keçirilən torpaq islahatlarına dair toplu işıq üzü görüb
13.12.2018 09:22
  • A-
  • A
  • A+

Müstəqillik illərində həyata keçirilən torpaq islahatlarına dair toplu işıq üzü görüb

“Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” adlı yeni nəşr çapdan çıxıb.

Kitabın baş redaktorları AMEA-nın prezidenti, akademik Akif Əlizadə və AR Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, elmi redaktoru Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, buraxılışına məsul şəxslər isə coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov və coğrafiya üzrə elmlər doktoru Zakir Eminovdur.

Vəsaitdə Azərbaycanda müstəqillik illərində həyata keçirilən torpaq islahatının nəticələri təhlil edilir, torpaqlardan istifadənin müasir vəziyyəti araşdırılır, ölkədə aparılan torpaqların elektron kadastr uçotu işinin nəticələri, torpaq idarəçiliyində istifadə istiqamətləri müəyyənləşdirilir, kənd təsərrüfatının ərazi təşkilində olan problemlərin aradan qaldırılmasının elmi əsasları göstərilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: