Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan biblioqrafiya elminə yeni töhfə
10.12.2018 12:15
  • A-
  • A
  • A+

Azərbaycan biblioqrafiya elminə yeni töhfə

Neft kimyası, yüksək molekullu birləşmələr kimyası, kimyəvi kinetika və kataliz sahəsində görkəmli alim, Əməkdar elm xadimi, akademik Akif Əzizovun 75 illiyi münasibətilə mərhum alimin xatirəsinə həsr olunmuş biblioqrafıya çap olunub.

1968-ci ildən 2018-ci ilə qədər olan dövrü əhatə edən biblioqrafiyaya müxtəlif toplu, jurnal və qəzetlərdə çap olunmuş məqalələr, monoqrafiyalar daxildir. 

Nəşrdə A.Əzizovun həyatı, ictimai fəaliyyəti haqqında qısa oçerk, alimin elmi əsərlərinin siyahısı, rəhbərlik etdiyi və ya məsləhətçisi olduğu dissertasiyalar və s. haqda məlumatlar yer alıb.

“Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından olan biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılıb, daxildə isə əlifba sırası gözlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: