Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Ceyhun Hacıbəylinin varisləri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli Azərbaycan tarixini ən qədim dövrlərdən bu günə qədər əks etdirən ekspozisiyaya baxıblar. Qonaqlar Azərbaycanın keçmişini özündə əks etdirən eksponatların tarixi haqqında məlumat əldə edib, neft milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə tanış olublar.
Məşhur xeyriyyəçinin ev mülkündə yerləşən muzey binasının tarixi və eksponatlar qonaqların marağına səbəb olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.