Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Beynəlxalq simpoziumda Azərbaycanda torpaq istifadəçiliyi və FAO tərəfindən həyata keçirilən layihə barədə məlumat verilib
10.12.2018 09:15
  • A-
  • A
  • A+

Beynəlxalq simpoziumda Azərbaycanda torpaq istifadəçiliyi və FAO tərəfindən həyata keçirilən layihə barədə məlumat verilib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Amin İsmayılov Estoniyanın Tallin şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Estoniyanın Həyat Elmləri Universitetinin təşkil etdiyi 11-ci beynəlxalq LANDNET simpoziumunda iştrak edib.  

“Geniş infrastruktur və dayanıqlı torpaqdan istifadənin tətbiqi üçün torpaqların konsolidasiyası mövcud vasitə kimi”  mövzusuna həsr olunmuş simpozium Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi və beynəlxalq CİZ təşkilatı tərəfindən keçirilib.

A.İsmayılov beynəlxalq tədbirdə Azərbaycanda torpaq istifadəçiliyi və FAO tərəfindən həyata keçirilən “Land consolidation” layihəsi barədə məlumat verib. Simpoziumda torpaq sahələrinin parçalanmasının qarşısının alınması və torpaq sahələrindən daha səmərəli istifadənin optimal yolu kimi consolidasiya prosesinin üstünlükləri qeyd olunub.

Tədbir çərçivəsində, həmçinin Avropa və Asiyada həyata keçirilmiş uğurlu layihələrin təqdimatı keçirilib.

Sonda növbəti simpoziumun 2019-cu ilin ikinci yarısında keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: