Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanlı alimlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında iştirak ediblər
07.12.2018 15:39
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında iştirak ediblər

Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “Nüvə elmləri və texnologiyaları: inkişafın müasir və yeni məsələlərinin həlli” mövzusunda konfransı keçirilib.

Dünyanın 60 ölkəsindən nazirlərin iştirak etdiyi tədbirdə ölkəmizi AR Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini, AMEA-nın müxbir üzvü Novruz Quliyev, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzinin direktoru, akademik Adil Qəribov, həmin mərkəzin Sterilizasiya Kompleksinin rəisi Zaur Xəlilov, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim MəmmədovRadiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov təmsil ediblər.

Konfransda 2030-cu ilə qədər dayanıqlı inkişaf sahəsində ətraf mühitin qorunması və dayanıqlı inkişafın təmin edilməsində nüvə elmləri, texnologiyaları və innovasiyalarının mühüm rolu, müasir vəziyyət və perspektivdəki uğurları geniş müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: