Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Yer Elmləri Bölməsinin ümumi yığıncağı keçirildi

AMEA Yer Elmləri Bölməsinin ümumi yığıncağı keçirildi
Bu gün AMEA Geologiya və Geofizika İnstitutunda AMEA Yer Elmləri Bölməsinin (YEB) ümumi yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər barədə məlumat verdi. O, iyunun 27-də həqiqi və müxbir üzvlüyünə keçiriləcək seçkilərdə bölməni təmsil edən akademiya üzvlərinə uğurlar arzuladı. Seçkilərlə bağlı bölmələrdə Ekspert Komissiyasının yaradıldığını diqqətə çatdıran F.Qədirov bu komissiya tərəfindən üzvlərə rəy veriləcəyini bildirdi.Akademiyanın həqiqi üzvlüyünə bölmə üzrə ayrılmış 5 yerə 6, müxbir üzvlüyünə ayrılmış 8 yerə 24 nəfər iddiaçının öz namizədliyini irəli sürdüyünü diqqətə çatdırdı.
Sonra AMEA-nın müxbir üzvlüyünə “Geologiya” ixtisası üzrə namizədliyini irəli sürən professorlar Elmira Əliyeva, Vaqif Qurbanov, Hikmət Mahmudov və Ülvi Mehdiyev, “Geofizika” ixtisası üzrə Çingiz Əliyev, Ayvaz XələfliAbdulvahab Muxtarov və Namaz Yusubov, “Seysmologiya” ixtisası üzrə Qurban Yetirmişli vəTahir Məmmədli elmi fəaliyyətləri barədə məlumat verdilər.Çıxışlar ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
Qeyd edək ki, iyunun 5-də isə “Neft və qaz yataqlarının işlənilməsi”, “Okeanologiya”, “Coğrafiya” və “Geotektonika” ixtisasları üzrə namizədlər son illərdə əldə etdikləri elmi nailiyyətlər haqqında məlumat verəcəklər.© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: