Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanın ən qədim yallılarından biri: Köçəri” adlı kitab işıq üzü görüb
05.12.2018 16:42
  • A-
  • A
  • A+

“Azərbaycanın ən qədim yallılarından biri: Köçəri” adlı kitab işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovun və bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun  tərtib etdikləri “Azərbaycanın ən qədim yallılarından biri: Köçəri” adlı kitab işıq üzü görüb.

Nəşrin elmi məsləhətçisi və "Ön söz"ünün müəllifi Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir.

Kitabda “Köçəri” yallısı ilə bağlı müxtəlif tədqiqatçılar tərəfindən qələmə alınan elmi məqalələr yer alıb. Müəyyənləşdirilib ki, “Köçəri” yallısı türk  xalqlarının birliyini özündə əks etdirən Azərbaycanın, o cümlədən onun Naxçıvan bölgəsində daha çox ifa edilən, özündə milliliyi daşıyan yallı növlərindən biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: