Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər Rusiyada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər
04.12.2018 12:00
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Rusiyada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunda “Xəzər dənizinin gələcəyi. Elmi layihələr və tədqiqatlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Rusiya, İran, Qazaxıstan və Türkmənistandan olan alimlərin qatıldığı tədbirdə ölkəmizi AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz MəmmədovRespublika Seysmologiya Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli təmsil ediblər.

Konfransın açılışında Rusiya Fundamental Tədqiqatlar Fondunun rəhbəri, akademik Vladislav Pançenko və İran Milli Elm Fondunun prezidenti Nəsratulla Zargam çıxış edərək Xəzər dənizi üzrə elmi tədqiqatların aparılmasında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar.

Daha sonra çıxış edən akademik İ.Quliyev Xəzər dənizi üzrə beynəlxalq tədqiqat mərkəzinin yaradılmasının zəruriliyini bildirib, Xəzəryanı  ölkələrin  alimlərinin birgə ekspedisiyasının təşkil olunmasının önəminə toxunub.

Qeyd edək ki, beynəlxalq tədbirin yekun iclasına moderatorluğu akademik R.Məmmədov edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: