Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu” adlı kitab nəşr olunub
04.12.2018 11:18
  • A-
  • A
  • A+

“Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu” adlı kitab nəşr olunub

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d., dos. Fərhad Cabbarovun “Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu” adlı kitabı nəşr olunub. 

Kitabda M.Rəsulzadənin azərbaycanlı mühacir Süleyman Təkinərə Türkiyədə yaşadığı dövrdə yazdığı məktublar toplanıb. Azərbaycan mühacirəti tarixinin öyrənilməsi baxımından qiymətli mənbə rolunu oynayan bu məktublar 1950-1955-ci illəri əhatə edir. Nəşrdə, həmçinin M.Rəsulzadənin və S.Təkinərin ayrı-ayrı illərə aid çıxışları, məqalələri, fotoşəkilləri təqdim olunub. 

Qeyd edək ki, M.Rəsulzadənin yazdığı məktublar Milli Azərbaycan Tarixi Muzeyinə S.Təkinərin varislərinin razılığı ilə Rauf Həsənov tərəfindən hədiyyə edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: