Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.06.2014 00:00
  • A-
  • A
  • A+

Zəlzələ və onun törətdiyi fəsadlara həsr olunmuş seminar keçirildi

Zəlzələ və onun törətdiyi fəsadlara həsr olunmuş seminar keçirildi

Bu gün AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində akademiyanın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə qərargah rəisləri və sanitar qrup rəhbərləri ilə növbəti məşğələ keçirildi.

Giriş sözü ilə çıxış edən şöbənin rəisi Eldar Quliyev təbii fəlakətlərdən, o cümlədən zəlzələ təhlükəsindən mühafizə üsulları haqqında məlumat verdi.

Sonra AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev “Zəlzələ və onun törətdiyi fəsadlar” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi Yer daxilində gedən proseslər, Azərbaycan ərazisində aparılan seysmik müşahidələr, qeydə alınan yerli və xarici zəlzələlər, vulkanlar, onların yaranma səbəbləri, bu sahədə aparılan tədqiqatlar, eləcə də RSXM-in monitorinq şəbəkəsinin genişlənməsi, respublika ərazisində qurulan GPS stansiyaları haqqında ətraflı məlumat verdi. RSXM-in telemetrik seysmik stansiyalar şəbəkəsinin genişləndirildiyini bildirdi: “RSXM tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda dənizdibi seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir. Dənizdə 3 seysmik stansiyanın quraşdırılması, gələcəkdə isə onların sayının 10-a çatdırılması nəzərdə tutulur”.

Mərkəzdə aparılan kompleks seysmoloji, geofiziki, geokimyəvi və geodinamik tədqiqatlar və əldə olunmuş elmi nəticələrdən söz açan E.Qaravəliyev ölkə ərazisində ilk dəfə palçıq vulkanlarının monitorinqinin aparıldığını diqqətə çatdırdı: “Araşdırmalar zamanı orada gedən geoloji proseslər, aktivlik dərəcəsi daha dəqiq ölçülür və seysmik aktivliyin bu vulkanlara təsiri müəyyənləşdirilir. Bunun nəticəsində də vulkanda gündəlik baş verən dəyişikliklər izlənilir.”

Tədbirdə 2014-cü ilin may ayında II Xüsusi şöbə əməkdaşları tərəfindən Mülki Müdafiə tədbirlər planına uyğun olaraq aparılan yoxlamar müzakirə edildi.

Sonda bir sıra cari məsələlərə də baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: