Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Akademik Teymur Kərimli Qazaxıstan Milli Universitetində məruzə ilə çıxış edib
04.12.2018 09:48
  • A-
  • A
  • A+

Akademik Teymur Kərimli Qazaxıstan Milli Universitetində məruzə ilə çıxış edib

Dekabrın 3-də AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin (QMU) Şərqşünaslıq fakültəsinin tələbələri və professor-müəllim heyəti ilə görüşüb.

Alim həmin fakültənin tələbələri qarşısında “Azərbaycan ədəbiyyatı: klassiklər və müasirlər” mövzusunda məruzə ilə çıxış edib, həmçinin Azərbaycan şərqşünaslıq elminin nailiyyətlərindən danışıb. Məruzə dinlənildikdən sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Görüş qazaxıstanlı alimlərlə işgüzar müzakirələrlə davam edib.

Qeyd edək ki, QMU-nun Şərqşünaslıq fakültəsi Qazaxıstanda yüksək ixtisaslı şərqşünas mütəxəssislərin hazırlanması üzrə ən aparıcı mərkəzlərdən biridir. Şərq dillərini, həmçinin ərəb və farsdilli ədəbiyyatı dərindən öyrənən bu fakültə XX əsrin 70-ci illərində formalaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: