www.science.az
03.12.2018 11:31

“Aşıq Cəlalın sənət yolu” kitabı işıq üzü görüb

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın “Aşıq Cəlalın sənət yolu” adlı monoqrafiyası nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.

Folklor İnstitutunun Elmi şurasının qərarı ilə çap edilən monoqrafiyada tanınmış aşıq Cəlal Qəhrəmanovun sənət yolu, yaradıcılığı ilk dəfə geniş şəkildə araşdırılıb. 

Kitabın elmi redaktorları professorlar Məhərrəm Qasımlı, Rüstəm Kamal, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Elxan Məmmədli və Elçin Qaliboğludur. 

Kitab folklorşünaslar, aşıqlar, ali məktəblərin Filologiya fakültələrinin tələbələri və Azərbaycan aşıq sənəti ilə maraqlananlar üçün dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.