Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan dilində isim kökləri” adlı kitab nəşr olunub
03.12.2018 11:53
  • A-
  • A
  • A+

“Azərbaycan dilində isim kökləri” adlı kitab nəşr olunub

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin “Azərbaycan dilində isim kökləri” adlı kitabı “Elm” nəşriyyatında çapdan çıxıb.

Nəşrin elmi redaktoru akademik Möhsün Nağısoylu, rəyçiləri filologiya elmləri doktoru, professor Elbrus Əzizov  və filologiya elmləri doktoru, professor Məmmədəli Qıpçaqdır.

Kitabda Azərbaycan dilində işlənən təkhecalı və çox­he­calı isim­lərin eti­moloji şərhi verilib. Əsərdə isim kök­­ləri müqayisəli-tarixi isti­qa­mət­də təhlil edilib, 83 sözün eti­mo­logi­yası müəyyənləşdirilib. Azərbaycan dilinin kompleks etimoloji lüğəti ha­zır­­lan­ma­dı­ğından bu kitabda verilən şərhlər isim köklərinin arxetiplərinin öy­rə­nil­məsi ba­xımından əhəmiyyətlidir.

Monoqrafiya iki fəsildən ibarətdir. Birinci fəsil “Təkhecalı isimlər”, ikinci fəsil isə “Çoxhecalı isimlər” adlanır. Müəllifin qənaətinə görə, müasir Azər­baycan dilində qu­ru­luşca sadə hesab olu­nan isimlərin müqa­yisəli-tarixi təh­lili gös­tə­rir ki, on­lar bir çox halda iki­qat, üçqat kök+şə­­­kilçi daş­laş­­ma­sına mə­­­­­ruz qalıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: