Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“EcoWorld-2018” Beynəlxalq Ekologiya müsabiqəsinin qalibləri mükafatlandırılıb
01.12.2018 21:00
  • A-
  • A
  • A+

“EcoWorld-2018” Beynəlxalq Ekologiya müsabiqəsinin qalibləri mükafatlandırılıb

Moskvada “EcoWorld-2018” Beynəlxalq Ekologiya müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bu il müsabiqəyə dünyanın 18 ölkəsindən 160 iştirakçı qoşulub.

Müsabiqənin yekunlarına əsasən, “Ekoloji siyasət və ətraf mühit” nominasiyası üzrə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi sürüşmə proseslərinin dinamikasının və onun fəallaşmasına seysmikliyin təsirinin araşdırılmasına görə birinci mükafata layiq görülüb.

“Ekoloji araşdırmalar, resursqoruyucu və tullantısız texnologiyalar” nominasiyasında Tamerlan Ağayev, Ağamir Həşimov və Elbrus Paşayevdən ibarət beynəlxalq (Rusiya, Azərbaycan) müəlliflər kollektivi su ehtiyatlarından səmərəli istifadənin ekoloji-iqtisadi əsasları tətbiq edilməklə Rusiya Federasiyası ərazisində su ehtiyatlarını regional idarəetmə sisteminin tədqiqinə və yaradılmasına görə II dərəcəli mükafata sahib olub.

“EcoWorld” ekoloji mükafatı Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən 2003-cü ildə təsis edilib. Mükafatın məqsədi ekologiya sahəsində fəaliyyətə ictimai dəstəyi təmin etmək, ekoloji problemlərin həlli üçün hakimiyyət orqanlarının, biznesin və ictimaiyyətin səylərini birləşdirməkdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: