Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Akademik Akif Əlizadə Ukrayna Milli Elmlər Akademiyasının 100 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək
01.12.2018 20:33
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə Ukrayna Milli Elmlər Akademiyasının 100 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 4-də Ukraynaya səfər edəcək.

AMEA rəhbəri Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının yaranmasının 100 illiyi münasibətilə keçiriləcək beynəlxalq konqresdə iştirak edəcək.

Səfər çərçivəsində A.Əlizadə Ukrayna Milli Elmlər Akademiyasının prezidenti, AMEA-nın fəxri üzvü, akademik Boris Patonla görüşəcək, iki ölkə arasında elm sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcək.

Qeyd edək ki, görkəmli elm xadimi B.Patonun noyabrın 27-də 100 yaşı tamam olub. Onun yubileyi dövlət səviyyəsində qeyd edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: