Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 72-ci kitabı çapdan çıxıb
30.11.2018 10:02
  • A-
  • A
  • A+

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 72-ci kitabı çapdan çıxıb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 72-ci kitabı çapdan çıxıb.

Çoxcildliyin 72-ci kitabındakı materiallar 2015-ci ilin dekabrından 2016-cı ilin fevralınadək olan dövrü əhatə edir. Kitaba Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfəri, Forum çərçivəsində bir sıra ölkələrin dövlət və hökumət başçıları, nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşləri, Forumun “Yeni enerji tarazlığı” mövzusunda sessiyasında iştirakına dair materiallar, habelə Prezident İlham Əliyevin Forumun rəsmi saytında yerləşdirilmiş “Azərbaycan iqtisadiyyatının gələcəyi” adlı geniş məqaləsi daxil edilib.

Nəşrdə Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına rəsmi səfərləri, Böyük Britaniyaya səfəri, Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı keçirdiyi görüşlərə, habelə ölkəmizə rəsmi səfərə gələn Əfqanıstan İslam Respublikasının Prezidenti ilə görüşünə, imzalanan sənədlərə, mətbuata bəyanatlara dair materiallar toplanıb.

Bu kitabda Azərbaycan Prezidentinin Türkiyə, ABŞ, Pakistan, Almaniya, Bolqarıstan, Yunanıstan və digər dövlətlərin, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT, NATO, Avropa İttifaqının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsini əks etdirən materiallarla, İran İslam Respublikasının Radio-Televiziya Şirkətinə müsahibəsinin mətni ilə də tanış olmaq mümkündür.

Çoxcildliyin 72-ci kitabında Prezident İlham Əliyevin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyi münasibətilə bu institutun əməkdaşlarına, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına, Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına, SSRİ Xalq artisti Murad Kajlayevin 85, Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyləri münasibətilə təbriklərinin mətnləri və digər məktubları da yer alıb.

Kitabda, həmçinin Prezident İlham Əliyevin 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda, Azərbaycan Gənclərinin I Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə söylədiyi nitqlərin mətnləri toplanıb.

Nəşrdə “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: