www.science.az
27.11.2018 11:51

Akademik Tofiq Hacıyevin “Seçilmiş əsərləri”nin üçüncü cildi nəşr olunub

AMEA tərəfindən görkəmli dilçi alim, akademik Tofiq Hacıyevin “Seçilmiş əsərləri”nin növbəti 3-cü cildi nəşr olunub. Nəşr alimin gənc yaşlarında yazdığı və ilk irihəcmli araşdırması olan “Azərbaycan dilinin Cəbrayıl şivəsi” əsərindən ibarətdir. 

Kitabın redaktoru Bakı Dövlət Universitetinin professoru Məhərrəm Məmmədli, “Ön söz”ün müəllifi isə akademik Nizami Cəfərovdur.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan əsər nəfis tərtibatda “Cəbrayıl şivəsi” adı ilə müstəqil kitab şəklində də nəşr olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.