Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Mərkəzi Elmi Kitabxananın elektron kataloquna 550 dissertasiya və 15281 avtroreferat daxil edilib
27.11.2018 11:43
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın elektron kataloquna 550 dissertasiya və 15281 avtroreferat daxil edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qaydalarına əsasən dissertasiya və avtoreferatlar çap və elektron versiyalarda AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim olunur.

Kitabxananın Dissertasiyalar fondunda 6446 dissertasiya, Avtoreferatlar fondunda isə 19747 avtoreferat mühafizə olunaraq oxucuların və tədqiqatçıların istifadəsinə verilir. 550 dissertasiya və 15281 avtoreferat MEK-in müəllifi olduğu e-kataloqa (Vahid İdarəetmə Sistemi) daxil edilərək asan axtarış üçün oxucuların ixtiyarına verilib.   Sənədlərin elektron emal prosesi davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: