Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın müxbir üzvü Kamran Əliyev Daşkənddə Hüseyn Cavidin 135 illiyinə həsr olunan elmi konfransda iştirak edib
21.11.2018 11:07
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Kamran Əliyev Daşkənddə Hüseyn Cavidin 135 illiyinə həsr olunan elmi konfransda iştirak edib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin 135 illiyinə həsr olunan elmi konfrans keçirilib.

Tədbirdə Folklor İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev “Hüseyn Cavid yaradıcılığında Şərq-Qərb qarşıdurması” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində diqqəti H.Cavidin məkan seçimində Avrasiya coğrafiyasına önəm verməsinə, xüsusilə “Topal Teymur” pyesində Səmərqənddən bəhs etməsinə, “Səyavuş” faciəsində müasir orta Asiyanı obyekt kimi götürməsinə, “Uçurum” əsərində İstanbul və Parisi, “Knyaz” və “Azər”də Almaniyanı – Berlini canlandırmasına yönəldib.

Bildirib ki, H.Cavid dramaturgiyasında Şərq-Qərb qarşıdurması milli-mənəvi, əxlaqi dəyərlərin qorunması ideyasını özündə cəmləşdirir. Bundan əlavə, Şərq düşüncəsinin və davranış mədəniyyətinin üstünlükləri romantizm estetikasının prinsipləri mövqeyindən işıqlandırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: