Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Maarifçilik və fəlsəfə” mövzusunda beynəlxalq konfrans keçirilib
15.11.2018 12:00
  • A-
  • A
  • A+

“Maarifçilik və fəlsəfə” mövzusunda beynəlxalq konfrans keçirilib

AMEA-nın Fəlsəfə İnstitutunda 15 noyabr - Ümumdünya Fəlsəfə Günü münasibətilə “Maarifçilik və fəlsəfə” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

Konfransı institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə açaraq Ümumdünya Fəlsəfə Gününün 2002-ci ildə YUNESKO tərəfindən təsis olunduğunu bildirib.

Alim hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən, həmçinin fəlsəfə elminin öyrənilməsindən, fəlsəfi biliklərin cəmiyyətin mənəvi saflığının və sabitliyinin qorunmasındakı rolundan danışıb və maarifçiliyin geniş inkişaf etdirilməsində fəlsəfənin rolunun zəruriliyini vurğulayıb.

Sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri İrfan Çiftçi, Yunanıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kannelos və digərləri çıxış edərək Ümumdünya Fəlsəfə Günü münasibətilə filosofları təbrik edib, ölkəmizdə fəlsəfə elminə böyük marağın olmasından danışıblar.

Daha sonra konfransda f.ü.e.d. Zümrüd Quluzadənin “Azərbaycanda maarifçilik fəlsəfəsinin istiqamətləri”, Əlcəzair Milli Araşdırmalar Mərkəzinin elmi işlər üzrə direktor müavini, professor Zaim Xənşələvinin “Ərəb-müsəlman sivilizasiyası ümumbəşəri kontekstdə: fəlsəfi perspektivlər”, Biskra Universitetinin Prezidenti, professor Xalsallah Miludinin “Fəlsəfənin Əlcəzairdə tədrisi”, f.ü.e.d., professor İzzət Rüstəmovun “Azərbaycanda maarifçilik fəlsəfəsinin təkamülü”, f.ü.e.d. Rəfiqə Əzimovanın “Filosof şəxsiyyəti və fəlsəfi təfəkkür tərzi”, f.ü.e.d., professor Əli Abasovun “Milli fəlsəfə nədir?”, f.ü.e.d., professor Rəbiyyət Aslanovanın “Müasir dövrdə fəlsəfənin tədrisinin aktual problemləri”, İstanbul Memar Sinan Universitetinin professoru Hakan Poyrazın “Fəlsəfə və özünü dərk etmə”, f.ü.e.d. Füzuli Qurbanovun “Azərbaycan maarifçiliyi mədəniyyət yaddaşı kimi”, f.ü.e.d., professor Rəna Mirzəzadənin “İlham Əliyev strategiyasinda azərbaycançılıq ideologiyasi siyasi-fəlsəfi məktəbdir”, f.ü.e.d. Adil Əsədovun “Maarifçilik – fəlsəfi fikrin yaradıcısı və gerçəkləşdiricisi arasında əlaqələndirici həlqə kimi”, f.ü.f.d. Zöhrə Əliyevanın “ADR-in maarifçilik potensialı”, İradə Zərqanayevanın “Maarifçiliyin dini, fəlsəfi və ideoloji aspektləri”, f.ü.f.d. Hüseyn İbrahimovun “İntibah, maarifçilik məsələlərinin klassifikasiyasına dair” və f.ü.f.d. Mətanət Şəkixanovanın “İlk türk maarifçiliyi hərəkatı: cədidçilik (XIX-XX əsrlər)” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: