AMEA-nın İqtisadiyyat İnstitutu və Çin Sosial Elmlər Akademiyası (SEA) İqtisadiyyat İnstitutunun birgə tədqiqatları əsasında hazırlanan “Azərbaycan və Çin iqtisadiyyatları: müqayisəli araşdırmalar” kitabı çap olunub.
Bakıda Azərbaycan dilində, Pekində isə Çin və ingilis dillərində nəşr olunan vəsaitin redaktorları AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov və Çin SEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının sədri, professor Pey Çanhundur.
Kitab 2017-ci ilin sentyabr ayında Bakıda keçirilən “Azərbaycan - Çin iqtisadi əməkdaşlığı” adlı beynəlxalq elmi-praktik konfransda təqdim olunan çıxış və məruzələr əsasında hazırlanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.