Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxananın fonduna yeni kitablar daxil edilib
12.11.2018 10:43
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın fonduna yeni kitablar daxil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun “Qafqaz İslam Ordusunun Azərbaycanda izləri” və macar tədqiqatçılar - Marie Nagi və Vidak İştvanın “Keçə sənəti. Ənənələr və yeniliklər” kitabları daxil olub.

N.Yaqublunun müəllifi olduğu kitab 1918-ci ildə Azərbaycanı bolşevik-daşnak qüvvələrindən azad etmiş Qafqaz İslam Ordusuna və onun komandanı Nuru Paşanın fədakarlığına həsr edilib. Kitabda Qafqaz İslam Ordusunun və Nuru Paşanın Azərbaycanda bu gün də qorunub saxlanılan izləri ilə bağlı maraqlı məlumatlar verilib.

Macar dilində olan “Keçə sənəti. Ənənələr və yeniliklər” kitabında isə tanınmış rəssamların dünya keçə sənətinin tarixi və inkişafı ilə bağlı məqalələri toplanıb. Avropada keçə sənətinə olan marağın canlanması Vidak İştvan və etnoqraf Marie Naginin adları ilə əlaqələndirilir. 2005-ci ildə Almaniyada onların birbaşa iştirakı ilə Beynəlxalq Keçə Akademiyası yaradılıb və bir il sonra Hollandiyada onun filialı təşkil olunub. Sözügedən kitab MEK-in Diplomatik fondunda yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: