www.science.az
12.11.2018 09:21

Azərbaycan torpaqlarının ekoloji qiymət xəritələrinə dair məruzə dinlənilib

Coğrafiya İnstitutunun növbəti elmi seminarında AMEA-nın müşaviri, akademik Qərib Məmmədov “Azərbaycan Respublikası torpaqlarının elektron xəritəsi və torpaqların ekoloji qiymət xəritələrinin tətbiqinə dair” mövzusunda məruzə ilə çıxış edib.

Alim coğrafi informasiya sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsi tərtibinin əsas xüsusiyyətləri haqqında məlumat verib. İnteraktiv torpaq xəritələrinin və torpaqların CIS əsasında ekoloji qiymətləndirilməsi xəritəsinin hazırlanması məsələlərinə aydınlıq gətirən akademik Q.Məmmədov ilkin hazırlanmış interaktiv elektron torpaq və ekoloji qiymət xəritələrini nümayiş etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.