Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunacaq
08.11.2018 09:54
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunacaq

Noyabrın 15-i saat 12:00-da AMEA-nın Əsas binasının Dairəvi akt zalında Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunacaq.

Mərasimdə görkəmli dövlət və elm xadimləri, səfirliklərin, ictimai və beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, Geologiya və Geofizika İnstitutu uzun illər ərzində geoloji elmlərin inkişafına, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin, palçıq vulkanizminin və geoloji proseslərin riyazi modellərinin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərin həllinə, həmçinin Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmlənməsinə, neft strategiyasının həyata keçirilməsinə böyük töhfələr verib.

Fəaliyyət göstərdiyi 80 il ərzində bu müəssisədə üçölçülü modelləşmə əsasında istilik rejiminin təkamülü, neft-qazəmələgəlmə ocaqlarının zaman və məkanda rekonstruksiyası, flüidlərin kollektor səciyyələri və faza hallarının qiymətləndirilməsi, Azərbaycanın depresion zonalarının pliosen-dördüncü dövr çöküntülərinin geotermal enerji ehtiyatlarının kəmiyyətcə qiymətləndirilməsi və onların istifadəsi üçün ilkin obyektlərin ayrılması kimi mühüm nailiyyətlər əldə olunub. Həmçinin Azərbaycan geologiya elminin korifeyləri tərəfindən elmi məktəblər yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: