Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Əlyazmalar İnstitutu İranın Gilan Universiteti ilə əməkdaşlıq edəcək
06.11.2018 09:48
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu İranın Gilan Universiteti ilə əməkdaşlıq edəcək

İran İslam Respublikasının Gilan Universitetinin professoru Seyid Haşəm Musəvi və Abbas Pənahi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

İnstitutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov və fil.ü.e.d., prof. Raqub Kərimovla görüşdə qonaqlara müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər, burada qorunub saxlanılan əlyazmalar və aparılan tədqiqat işləri barədə məlumat verilib.

İranlı alimlər isə öz növbəsində Gilan vilayətinin tarixinə dair sənədlər və digər əlyazma abidələrilə maraqlandıqlarını bildiriblər.

Görüşün sonunda Əlyazmalar İnstitutu ilə Gilan Universiteti arasında gələcək elmi əməkdaşlıq barədə razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: