Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Aşıq seirinin poetik biçimləri və çeşidləri” kitab işıq üzü görüb
05.11.2018 16:19
  • A-
  • A
  • A+

“Aşıq seirinin poetik biçimləri və çeşidləri” kitab işıq üzü görüb

Azərbaycan Aşıqlar Birliyinin sədri, Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Məhərrəm Qasımlı və professor Mahmud Allahmanlının birgə yazdıqları “Aşıq şeirinin poetik biçimləri və çeşidləri” adlı kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Kitabda aşıq şeirinin janr və poetik biçimləri, onların çoxsaylı çeşidləri həm ədəbi-nəzəri, həm də folklor poetikası prinsipləri əsasında əlifba sırası ilə açıqlanıb. Aşıq şeir sistemində rast gəlinən poetik biçimlərin ilkin qaynaqları, onların tarixi mənzərəsi, janr səciyyəsi, ifa tərzi və s. məsələlər konkret nümunələr əsasında öz əksini tapıb. Milli-mənəvi, tarixi-mədəni düşüncənin möhtəşəm qaynağı olan ozan-aşıq mədəniyyətindən doğan şeir biçimləri və onlardan törəyən çeşidlər ilk dəfə bu kitabda diqqətlə öyrənilib və təhlil olunub. 

Filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədovun redaktoru olduğu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: