Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinin növbəti nömrəsində Bakıda keçirilən VI Beynəlxalq Humanitar Foruma dair geniş məqalə dərc edilib.
Məqalədə bildirilir ki, “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.
Forumda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu cür mötəbər tədbirlərdə qlobal xarakterli elmi-humanitar məsələlərin geniş müzakirə edildiyini, mühüm qərarların qəbul olunduğu deyib.