Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Ümummilli lider Heydər Əliyevə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışı başlanıb
05.11.2018 09:07
  • A-
  • A
  • A+

Ümummilli lider Heydər Əliyevə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışı başlanıb

Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” qrant müsabiqəsi çərçivəsində T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışı” keçirilib.

İntellektual yarışa Bakının 20 məktəbi qatılıb.

Mərasimdə 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova müasir dünyada təhsilin mühüm rolundan danışıb. Məktəblilərarası Fibonacci intellektual yarışı barədə fikirlərini bölüşən direktor şagirdlərin bilik və düşünmə bacarıqlarının, məntiqi təfəkkürlərinin inkişafında bilik yarışlarının əhəmiyyətini qeyd edib.

Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmirullayev ölkəmizdə təhsilin inkişafı istiqamətində səmərəli tədbirlərin həyata keçirildiyini söyləyib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov elmimizin, təhsilimizin inkişaf mərhələlərindən bəhs edib, təhsilə müasir yanaşma ilə bağlı fikirlərini bildirib, məktəblilərə tövsiyələrini verib.

Tanınmış aktyor Bəhram Bağırzadə respublikamızda təhsil üçün geniş imkanlar yaradıldığını deyib, intellektual yarışın iştirakçılarına uğurlar arzulayıb.

Sonra intellektual yarışın ilk oyunu keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: