Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kənd Təsərrüfatı Nazirliyi və  AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları birgə kompleks tədqiqatlar aparır
01.11.2018 13:29
  • A-
  • A
  • A+

Kənd Təsərrüfatı Nazirliyi və AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları birgə kompleks tədqiqatlar aparır

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar ParkıTorpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) birgə təşkilatçılığı ilə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı hesabına alınan səyyar (mobil) laboratoriya vasitəsilə respublikanın regionlarında kompleks torpaq tədqiqatlarının aparılmasına başlanılıb.

Oktyabrın 30-da Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları ilə birgə Göyçay Narçılıq Təsərrüfatı, Mallı-Şıxlı Narçılıq Təsərrüfatı, Ləkiçıplaq kəndində fərdi fermer təsərrüfatının bağ ərazilərində olublar.

Tədqiqatlar zamanı həmin ərazilərdən torpaq nümunələri götürülüb və “Palintest SKW 500” cihazı vasitəsilə ilkin analizlər aparılıb. Həmçinin fermer və sahibkarlara torpaqdan daha səmərəli istifadə məqsədilə fəaliyyət göstərən səyyar (mobil) aqrar tədqiqat laboratoriyasının analiz imkanları barədə ətraflı məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: