Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA Rəyasət Heyəti akademiyanın gənc alimləri üçün qrant müsabiqəsi elan edir
21.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti akademiyanın gənc alimləri üçün qrant müsabiqəsi elan edir

AMEA Rəyasət Heyəti 28 May – Respublika Günü münasibətilə AMEA-nın gənc alimləri üçün qrant müsabiqəsi elan edib.

Müsabiqədə AMEA-nın üzvləri, həmçinin AMEA elmi müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən, yaşı 35-dək olan gənc alimlər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək üçün irəli sürülən gənc alimlər son 3 ildə başa çatdırdıqları elmi tədqiqatlar, mühüm elmi nailiyyətləri və onların elmi-praktiki əhəmiyyəti haqqında dolğun məlumatı (müəyyən edilmiş formaya uyğun olaraq) mayın 30-dək AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-Təşkilat İdarəsinə təqdim etməlidirlər.

Tel.: 492-59-45; E-mail: eti@science.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: