Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Marsda raket yanacağı istehsalı üçün çoxlu sayda kimyəvi element olduğu aşkarlanıb
01.11.2018 14:08
  • A-
  • A
  • A+

Marsda raket yanacağı istehsalı üçün çoxlu sayda kimyəvi element olduğu aşkarlanıb

Vaşinqton Universitetinin alimləri Marsda raket yanacağı istehsal etmək üçün istifadə olunan çoxlu sayda kimyəvi element olduğunu aşkarlayıblar.

golos.ua saytının məumatına görə, Marsda olan xlor turşusunun esterlərini yenidən emal edərək yüksək keyfiyyətli raket yanacağının istehsalı üçün istifadə etmək mümkündür. Bu esterlər xüsusilə güclü partlayıcı istehsalı üçün əsas komponentdir.

NASA tədqiqatçıları raket yanacağının istehsalı üçün zavodun Ayın səthində birbaşa tikilə biləcəyini də bildirirlər.

  • Paylaş: