Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Akademik Arif Məlikovun mahnılarından ibarət konsert proqramı təqdim olunub
01.11.2018 10:38
  • A-
  • A
  • A+

Akademik Arif Məlikovun mahnılarından ibarət konsert proqramı təqdim olunub

Oktyabrın 31-də Heydər Əliyev Sarayında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, akademik Arif Məlikovun mahnılarından ibarət konsert proqramı təqdim olunub.

Konsertdə Arif Məlikovun “Azərbaycan”, “Güllərim”, “Dənizdə ay çiməndə”, “Gözlərimin dünyası”, “Gəl bizim dağlara”, “İnandım”, “Sən Əslisən, mən Kərəm”, “Şirin qızım”, “Qonaq gəl bizə”, “Dənizə baxıram”, "Günəş ürəkli” və digər unudulmaz mahnıları ifa olunub.

Qeyd edək ki, musiqinin ən müxtəlif janrlarında bəstələri olan Arif Məlikov baletləri, kantataları, operettaları, müxtəlif janrlı kamera-instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara musiqiləri ilə milli musiqi xəzinəmizi zənginləşdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: