Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Skyline operatoru əsasında optimal virtual maşınların seçilməsi üçün yanaşma təklif edilib
31.10.2018 17:18
  • A-
  • A
  • A+

Skyline operatoru əsasında optimal virtual maşınların seçilməsi üçün yanaşma təklif edilib

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və baş mütəxəssis Oqtay Ələkbərovun həmmüəllifi olduqları “Mobil hesablamada virtual maşınların seçilməsi üçün skyline operatoru” sərlövhəli məqalə nüfuzlu “International Journal of Modern Education and Computer Science” jurnalında dərc edilib.

Məqalədə naqilsiz şəhər miqyaslı şəbəkələrin (Wireless Metropolitan Area Networks-WMAN) baza stansiyalarının yaxınlığında yerləşdirilən cloudletlərin texniki imkanlarını nəzərə alaraq mobil istifadəçilərin sorğularının balanslı şəkildə onlarda yaradılan virtual maşınlarda yerləşdirilməsi məsələsinin həlli verilib. Bu məqsədlə istifadəçinin məsələnin həllinə qoyulmuş tələbləri təmin edən virtual maşınların (VM) seçilməsi üçün cloudletlər əsasında ierarxik strukturlu arxitektura və alqoritm təklif edilib. İkikriteriyalı seçim məsələsinin həlli üçün VM çoxluğundan skyline operatoru əsasında optimal VM-in seçilməsi üçün yanaşma təklif olunub.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində hazırlanıb.

Qeyd edək ki, jurnal “CrossRef”, “Google Scholar”, EBSCO, “JournalSeek” kimi elmi bazalarda indeksləşdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: