Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadi” kitabı çap olunub
31.10.2018 17:00
  • A-
  • A
  • A+

“XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadi” kitabı çap olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Şöhrət Səlimbəylinin “XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadi” kitabı işıq üzü görüb.

“Avropa” nəşriyyatında çap olunan kitabın elmi redaktoru institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, rəyçiləri filologiya üzrə elmlər doktorları, professorlar - Yaqub Babayev və Mahmud Allahmanlıdır.

İraqın paytaxtı Bağdadda yaşamış Azərbaycan şair və ədiblərindən bəhs edən kitab üç bölmədən ibarətdir. Nəşrdə “Divan”ı bu günümüzə qədər gəlib çatmış Ruhi Bağdadinin həyat və yaradıcılığı geniş şəkildə araşdırılıb.

Qeyd edək ki, Ruhinin “Divan”ı 40 qəsidə, müxtəlif şəxslər üçün yazdığı 6 mərsiyə, 1115 qəzəl, 28 rübai, 26 qitə və s. ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: