Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Qazaxıstanın Beynəlxalq Fəlsəfə Məktəbinin şagirdləri muzeydə olublar
31.10.2018 15:07
  • A-
  • A
  • A+

Qazaxıstanın Beynəlxalq Fəlsəfə Məktəbinin şagirdləri muzeydə olublar

Qazaxıstanın Çimkənd şəhərində yerləşən Avrasiya Texnologiya Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq Fəlsəfə Məktəbinin şagirdləri “Dünyanın dahi filosofları” layihəsi çərçivəsində AMEA Hüseyn Cavidin Ev Muzeyində olublar.

Muzeyin ekspozisiyası ilə tanış olan şagirdlərə Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan H.Cavidin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları, o cümlədən Cavidlər ailəsi haqqında ətraflı məlumat verilib.

Beynəlxalq Fəlsəfə Məktəbinin müəllimləri Aruna Koybakova və Qullazat Rustembekova səfərdən məmnun qaldıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: