Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Naxçıvan Bölməsində iqtisadçı ekspert Vüqar Bayramovla görüş keçirilib
31.10.2018 13:14
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində iqtisadçı ekspert Vüqar Bayramovla görüş keçirilib

AMEA Naxçıvan Bölməsində İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Vüqar Bayramovla görüş keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın çoxşaxəli inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirləri diqqətə çatdıran alim muxtar respublikanın iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlardan bəhs edib. Bildirib ki, son illər dünyada davam edən maliyyə böhranlarına baxmayaraq, Naxçıvanda ümumi daxili məhsul istehsalının həcmi artıb, yeni iş yerləri yaradılıb, sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yaxşılaşıb.

Daha sonra Vüqar Bayramov çıxış edərək Naxçıvanla bağlı təəssüratlarını bölüşüb. O, bu gün Naxçıvanın daxili iqtisadi inkişafının nəticəsinin ölkə iqtisadiyyatına öz müsbət təsirini göstərdiyini qeyd edib.

İqtisadçı ekspert “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivliyi üzrə Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsindən də danışıb. V.Bayramov Naxçıvan Bölməsində elmi inkişaf istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Sonda qonaq bölmə əməkdaşlarının suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: