Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Hüseyn Cavid yaradıcılığına dair məqalələr toplusu çapdan çıxıb
30.10.2018 15:12
  • A-
  • A
  • A+

Hüseyn Cavid yaradıcılığına dair məqalələr toplusu çapdan çıxıb

AMEA Hüseyn Cavidin Ev Muzeyinin Elmi Şurasının qərarı ilə “Hüseyn Cavid yaradıcılığının tədqiqi, təbliği və tədrisi məsələlərinə dair” adlı kitab nəşr olunub.

Toplunun ideya müəllifi və baş elmi məsləhətçisi Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, elmi redaktoru və “Ön söz”ün müəllifi tanınmış cavidşünas Yusif Günaydındır.

Kitabda XX əsr Azərbaycan romantizminin böyük nümayəndəsi, dahi şair və dramaturq Hüseyn Cavid irsinin tədqiqi, orta və ali məktəblərdə tədrisi, həmçinin gənc nəslə tanıdılması və təbliğinə dair məqalələr yer alıb. Topludakı məqalələrin müəllifləri Əzizağa Nəcəfzadə və Aynur Nəcəfovadır.

Nəşr ədəbiyyatşünaslar, orta və ali məktəb müəllimləri, həmçinin H.Cavid irsinin həvəskarları üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: