Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
26.10.2018 10:24
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Türkiyədə beynəlxalq simpoziumda iştirak edib

Türkiyənin paytaxtı Ankara şəhərində “Quranı yenidən düşünmə” IV beynəlxalq simpoziumu keçirilib.

“Quran tədqiqatlarının ilk üç əsri” mövzusunda keçirilən simpozium Türkiyənin Elmi İstiqamətlərin Düşüncə Təməllərini Araşdırma İnstitutu tərəfindən təşkil olunub.

17 xarici ölkədən nüfuzlu alim və gənc tədqiqatçıların iştirak etdiyi tədbirdə ölkəmizi Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə təmsil edib.

Azərbaycanlı alim simpoziumda görkəmli İslam mütəfəkkiri, sufizm, təfsir və kəlam sahəsində dəyərli əsərlər müəllifi olan Haris Muhasibinin “Kitab ar-Riaya li-Huquq Allah” (“Allah hökmlərinə riayət”) kitabına həsr edilən məruzə ilə çıxış edib. Traktatı müsəlman aləmində ilk psixoloji əsər kimi təqdim edən Könül Bünyadzadə İslam tarixinin ilk illərində yaranan fərqli elmi cərəyanlar arasında psixologiyanın da yer almasını bir qanunauyğunluq kimi əsaslandırıb.

K.Bünyadzadə daha sonra İslamın ilk 3 əsrində fiqh məktəblərinin müzakirəsinə həsr olunan iclasda moderatorluq edib.

Simpoziumun yekun iclasında azərbaycanlı alim beynəlxalq tədbirlərdə İslam prinsiplərinin daha mükəmməl şəkildə təqdiminin, eləcə də ilahiyyatla yanaşı, fəlsəfi mövqeyə də xüsusi ağırlıq verilməsinin vacibliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: