Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Əli bəy Hüseynzadənin həyat və yaradıcılığını əks etirən sərgi təşkil edilib
19.05.2014 00:00
  • A-
  • A
  • A+

Əli bəy Hüseynzadənin həyat və yaradıcılığını əks etirən sərgi təşkil edilib

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Bununla əlaqədar olaraq AMEA Mərkəzi Elmi Kitabxanasında ədibin yubileyinə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə Ə.Hüseynzadənin həyat və yaradıcılığını əks etdirən kitablar nümayiş olunub. Müxtəlif bölmələr üzrə “Türklər kimdir, kimlərdən ibarətdir”, iki cilddən ibarət “Seçilmiş əsərlər”i, “Qərbin iki dastanında Türk”, “Siyasəti-fürüsat”, “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”, həmçinin nəşrində ədibin böyük əməyi olduğu “Füyuzat” jurnalı və s. sərgilənib.

Nümayiş olunan 150-yə yaxın ədəbiyyat Azərbaycan, rus, türk və Qərbi Avropa dillərində təqdim olunub.

Sərgidə həmçinin foto və videomateriallar da öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: