Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA əməkdaşları üçün ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb
25.10.2018 16:29
  • A-
  • A
  • A+

AMEA əməkdaşları üçün ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb

Hər həftənin 5-ci günü Akademiya şəhərciyində AMEA-nın əməkdaşları üçün kənd təsərrüfatı və digər ərzaq məhsullarının ənənəvi satış yarmarkası təşkil olunacaq.

Yarmarkada alıcılara müxtəlif ərzaq və kənd təsərrüfatı malları bazardakı qiymətindən 20-30 faiz ucuz təklif edilir.

Azad Həmkarlar İttifaqı və Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən satışa 30-a yaxın çeşiddə məhsul çıxarılacaq.

Yarmarka süni qiymət artımının qarşısının alınması, eləcə də AMEA əməkdaşlarının çoxçeşidli ərzaq məhsullarına olan tələbatını ödəmək məqsədi daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: