Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA əməkdaşları “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi ilə tanış olublar
28.09.2013 00:00
  • A-
  • A
  • A+

AMEA əməkdaşları “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi ilə tanış olublar

Bakı  Sərgi Mərkəzində Azərbaycanın son 10 ildə əldə etdiyi uğurlara həsr olunmuş “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi fəaliyyətini davam etdirir.      

Sentyabrın 30-da AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə akademiyanın alim və mütəxəssislərindən ibarət nümayəndə heyəti sərgini ziyarət edib.    

AMEA əməkdaşları sərginin 3 pavilyonunda ölkədə informasiya-kommunikasiya texnologiyaları, sənaye, energetika, kənd təsərrüfatı, sahibkarlıq, regionların sosial-iqtisadi inkişafı, nəqliyyat, turizm, fövqəladə hallar, şəhərsalma, səhiyyə, elm və təhsil, mədəniyyət, gənclər və idman, ekologiya və digər sahələrdə əldə olunan nailiyyətlər, eləcə də müxtəlif kənd təsərrüfatı və sənaye məhsulları ilə tanış olublar. Son 10 ildə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, icra olunan dövlət proqramları, iqtisadi inkişaf sahələrinə dair çoxsaylı eksponat və fotolar nümayiş etdirilib.      

Sərgi çərçivəsində AMEA prezidenti Azərbaycanın ötən son 10 illə müqayisədə bugünkü inkişafının göz önündə olduğunu bildirərək, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət, Azərbaycanın beynəlxalq aləmdə  artan siyasi nüfüzündan danışıb. Azərbaycanın Cənubi Qafqazda güclü siyasi, iqtisadi və hərbi gücə malik olduğunu, ölkəmizin dünya dövlətləri arasında mövqeyinin getdikcə daha da gücləndiyini qeyd edən akad. A.Əlizadə sərginin işinə uğurlar arzulayıb.      

Qeyd edək ki, dövlət qurumlarının günlərinin təşkili ilə bağlı ilk tədbir sentyabrın 17-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilib. “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi öz işini oktyabrın 15-də yekunlaşdıracaq.      

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: