Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rasim Əliquliyev Moldovada “III Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı”nda iştirak edib
23.10.2018 09:27
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev Moldovada “III Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı”nda iştirak edib

Moldovanın paytaxtı Kişinyov şəhərində “III Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” (EaPEC 2018) keçirilib. 

Konfrans EaPConnect layihəsi çərçivəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna və s.) tədqiqat və təhsil cəmiyyətləri arasında əməkdaşlığın təşkili məqsədi daşıyıb.

Avropa İttifaqı və Moldova Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə ölkəmizi AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev təmsil edib.

“EaPEC 2018”in sessiya iclasları rəqəmsal kitabxanalar, rəqəmsal irs, açıq elm üçün elektron infrastruktur və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən tədqiqatlara həsr olunub. İclaslarda fizika və seysmologiya, biomedikal elmlər, robot, HPC və data analitikası, iqlim və ekologiya kimi tədqiqat sahələrində fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində, həmçinin kibertəhlükəsizlik, bulud xidmətləri, o cümlədən milli tədqiqat və təhsil şəbəkələri tərəfindən göstərilən xidmətlər üzrə seminarlar keçirilib, “Tədqiqatını işıqlandır” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: