www.science.az
22.10.2018 17:28

Dilçilik İnstitutu elmi-tədqiqat işlərinin aparılmasında Türk Dil Qurumu ilə əməkdaşlıq edəcək

Oktyabrın 22-də Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gürsevin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olub.

İnstitutun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan və Türkiyə elmi-ədəbi əlaqələrindən danışıb. O, rəhbərlik etdiyi elmi müəssisədəki şöbələr, onların strukturu və vəzifələri barədə qonağa ətraflı məlumat verib.

Professor G.Gürsevin şöbələrin əməkdaşları və fəaliyyət planları ilə tanışlıqdan məmnun olduğunu bildirib. Tükiyəli alim elmi-tədqiqat işlərinin aparılmasında Azərbaycan dilçiləri ilə yaxından əməkdaşlıq edəcəyini söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.