Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix İnstitutunun saytı yenilənib
22.10.2018 11:43
  • A-
  • A
  • A+

Tarix İnstitutunun saytı yenilənib

AMEA Tarix İnstitutunun saytı yeni versiyada (www.tarixinstitutu.az) təqdim edilib.

Portalın əsas şüarı ulu öndər Heydər Əliyevin “Tarix həmişə hər şeyi öz yerinə qoyur” kəlamıdır. 

Saytın ana səhifəsi “İnstitut haqqında”, “Xəbərlər”, “Tarixçilər”, “Dövlətçilik tarixi”, “Xəritələr”, “Qalereya”, “Əməkdaşlıq” və “Əlaqə” bölmələrindən ibarətdir. “E-kitablar” bölməsində isə Tarix İnstitutunun nəşrləri oxuculara təqdim olunur. Portalın “Dövlətçilik tarixi” bölməsində “Soyqırımları tarixi”, “Repressiya tarixi” və “Deportasiya tarixi” yarımbölmələri də var.

Hazırda sayt Azərbaycan dilində fəaliyyət göstərir. Yaxın zamanlarda bu İnternet resursun rus və ingilis dillərində olan versiyaları da ictimaiyyətə təqdim ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: