Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

İstanbul Hərbi Muzeyinin əməkdaşları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar
18.10.2018 09:25
  • A-
  • A
  • A+

İstanbul Hərbi Muzeyinin əməkdaşları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar

İstanbul Hərbi Muzeyinin əməkdaşları Ömər Faruk Arslan və Dinçer Karasoy AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Görüşdə bu elm müəssisəsinin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərin əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin tapşırığı ilə muzeyin əsaslı təmir olunduğunu diqqətə çatdırıb.

Ömər Faruk Arslan İstanbul Hərbi Muzeyində Şirvanşahlar dövlətinə aid bəzi zirehli hərbi geyim və silahları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda sərgilənməsi üçün Azərbaycana gətirdiklərini bildirib.

Görüşdə Milli Azərbaycan Tarixi Muzeyi ilə İstanbul Hərbi Muzeyi arasında əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.

Daha sonra türkiyəli qonaqlar Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyaları ilə tanış olublar. Onlara muzeyin nəşrləri hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: