www.science.az
17.10.2018 10:35

Misirin “CHİVY” şirkətinin nümayəndələri AMEA-nın Yüksək Texnologiyalar Parkında olublar

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) ilə Misirin “CHİVY” şirkətinin nümayəndələri arasında görüş keçirilib.

Görüşdə YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, qurumun beynəlxalq əlaqələr üzrə direktor müavini Məmməd Bağırzadə, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, “Agro Bio Eco Tech” MMC-nin direktoru Əli Əlizadə və digər şəxslər iştirak ediblər.

Görüş çərçivəsində mikrobioloji bakteriyalardan istifadə edilməklə tullantılardan gübrə istehsal etmək məsələsi müzakirə olunub, bu istiqamətdə birgə avadanlığın hazırlanması qərara alınıb. Həmçinin Azərbaycan və Misir arasında işgüzar əlaqələrin inkişafından bəhs olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.